SQQ Suriyanın cənub-qərbindəki əməliyyatlarını uğurla yekunlaşdırıb

2018/07/Снимок_1533043023.png
Oxunub: 1931     21:22     31 İyul 2018    
Suriya Quru Qoşunları ölkənin cənub-qərbində yerləşən Dera bölgəsində İŞİD-ə qarşı əməliyyatlarını uğurla yekunlaşdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Suriya Müdafiə Nazirliyindən verilib.

Bildirilib ki, Deranın İrdaniya ilə sərhəd Yarmuk düşərgəsi yaxınlığındakı son 5 yaşayış məntəqəsi də İŞİD qruplaşmasından tamamilə azad edilib.

Məlumata əsasən, bu gün həyata keçirilən əməliyyatlar zamanı terrorçu qruplaşmanın 200-dən çox üzü məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dera   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin