SQQ Derada İŞİD-in müqavimətini qırıb

2018/07/Syria-RTX2H0C9_0_1533041276.jpg
Oxunub: 2563     20:55     31 İyul 2018    
Suriya Quru Qoşunları ölkənin cənub-qərbində sonuncu məntəqələri də azad etmək üzrədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, ordu qüvvələri Derada Suriya və İsraillə sərhədyanı ərazilərdə İŞİD-in nəzarətindəki sonuncu 5 yaşayış məntəqəsini də azad etmək üzrədir.

Belə ki, bu gün səhərdən etibarən terrorçuların bölgədəki mövqelərinə Rusiya qırıcılarının da havadan dəstəyilə bir neçə saat dayanmadan artilleriya və raket zərbələri endirilib.

Bir az öncə isə artilleriya hücumları öz yerini silahlı qarşıdurmalara verib. Rəsmi məlumata əsasən qarşıdurmalar qısa müddət çəkib və terrorçular geri çəkilməyə məcbur olub.

Hazırda ordu İŞİD-i İordaniya sərhədlərinə doğru sıxışdırmağa davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin