Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib.
“İranın mövcudluğu məsələsi də qaldırıldı. Bu zaman müxtəlif detallar üzərində fərqli yanaşmalar səsləndirildi”, - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, bu gün Soçidə Suriya ilə bağlı 10-cu Astana formatlı beynəlxalq iclas keçirilib. İclasın sonunda qəbul edilmiş ortaq bəyanatda göstərilib ki, tərəflər konsultasiyaları bundan sonra da davam etdirmək üzrə razılığa gəliblər.
Ağalar Ağalarlı
Ordu.az