Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, Rusiya qırıcıları bir az öncə Suriyanın İordaniya ilə sərhəd Dera bölgəsində yerləşən Yarmuk düşərgəsi yaxınlığında İŞİD nəzarətindəki bir neçə mövqeyə aviazərbələr endirib.
Məlumata əsasən hücumlar zamanı İŞİD-in bölgədəki qolu hesab edilən “Ceyş Xalid ibn Valid Ordusu” terror qruplaşmasının onlarla üzvü məhv edilib.
Daha sonra Suriya Quru Qoşunları ərazidə əməliyyatlara başlayıb. Hazırda Suriya ordusu ilə terrorçular arasında qarşıdurmalar davam edir.
Dəyanət Ağalarlı
Ordu.az