Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran prezidenti Həsən Ruhani bəyan edib.
“ABŞ-ın nüvə müqaviləsindən qanunsuz olaraq çəkilməsindən sonra top artıq Avropadadır. İslam Respublikası heç vaxt regionda gərginliyin yüksəlməsini və qlobal su yollarında problemlərin meydana gəlməsini istəməyib. Lakin biz öz neftimizi ixrac etmək hüququmuzdan belə asanlıqla imtina etməyəcəyik”, - deyə Ruhani bildirib.
Qeyd edək ki, Ruhani və digər bir sıra İran liderləri Vaşinqtonun Tehrana neftin ixracatında əngəl törədəcəyi təqdirdə Hörmüz boğazını bağlama təhdidləri dilə gətiriblər.
Ağaalr Ağalarlı
Ordu.az