Təhlükəsizlik robotları bazarının analizi – 2018-2023 (HESABAT)

2018/07/063017-Security-Robot-430x235_1533034948.jpg
Oxunub: 2301     19:05     31 İyul 2018    
Təhlükəsizlik robotları bazarı müdafiə sənayesində yüksək texnoloji istehsal sahələri arasında ən öndəgedən sektorlarındandır.

Ordu.az "İndustry Today"ə istinadən xəbər verir ki, bu sahədə əsas məhsullar pilotsuz uçuş aparatları, pilotsuz tank və döyüş maşınları və pilotsuz sualtı gəmilərdir.

Rəsmi statistikaya əsasən, bu bazarın əsas 5 oyunçusu sıra ilə “Thales”, “Recon Robotics”, “Qinetiq Group”, DJI və “Boston Dynamics” şirkətləridir.

Hesabatda qeyd olunub ki, hazırda bazarın təxminən 4-6 faiz olan artım dinamikası qarşıdakı 5 il ərzində ortalama olaraq 8, maksimum 10,5 faiz həddinə yüksələcək.

Qeyd edək ki, ölkələr miqyasında təhlükəsizlik robotları bazarında əsas rollar ABŞ, Kanada, Çin və Böyük Britaniyaya məxsusdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təhlükəsizlik-Robotları   Bazar-Araşdırması   Hesabat  


Bizi "telegram"da izləyin