Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Lavrov bu barədə ötən gün qatıldığı “Gənclik” forumunda bildirib.
O qeyd edib ki, bir sıra xalqlar artıq ABŞ-ın onların daxili məsələlərinə qarışdığını anlayır.
“Bəzi dövlətlər kiminlə ticarət aparacaqları ilə bağlı məsələləri ABŞ-ın tələbləri ilə uzlaşdırmanı artıq qəbul etmirlər. Türkiyə də bu dövlətlər arasında ən cəsur mövqe tutanlardan biridir. Rəsmi Ankara kimdən silah alacağını artıq özü müəyyənləşdirmək istəyir ki, bu da onların tam haqqıdır. ABŞ bu kimi ədalətsiz təhdid və ultimatumları bir kənara atmalıdır”, - deyə Lavrov bildirib.
Dəyanət Ağalarlı
Ordu.az