Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, elektron məktublar üzərində aparılan araşdırma nəticəsində bunun ümumilikdə 12 dəfə baş verdiyi üzə çıxıb.
Bunlar arasında Ağ Evin 2017-ci ilin iyununda Suriya hökumətinə xəbərdarlığı da var. Belə ki, həmin bəyanatda Suriya hökumətinin bir daha kimyəvi silah hücumu həyata keçirəcəyi təqdirdə böyük bədəl ödəyəcəyi bildirilib. Elektron məktublardan aydın olub ki, Pentaqon belə bir bəyanatdan xəbərsiz olub.
Pentaqon üçün başqa bir təəccüb doğurucu hal isə Trampın ötən həftə paylaşdığı İran tviti olub.
Ağalar Ağalarlı
Ordu.az