Türkiyə, Rusiya və İran Suriya problemini müzakirə edib

2018/07/thumbs_b_c_1250f0bfb6653aa8ab8ede04581616c9_1533022728.jpg
Oxunub: 3415     15:52     31 İyul 2018    
Ötən gün Rusiyanın Soçi şəhərində Suriya böhranı ilə bağlı Astana formatında aparılan danışıqlar üzrə 10-cu görüş təşkil edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sammitdən sonra bütün iştirakçılar adından ortaq bəyanat səsləndirilib.

Bildirilib ki, görüşdə əsasən Suriyanın müxtəlif bölgələrinə humanitar yardımların təşkili, bundan əlavə terrorçulardan azad edilən bölgələrdə nəzarətin tam təmin edilməsi ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, sammitdə iştirak edən Türkiyə, Rusiya və İran bir-birlərinin maraqlarına hörmət etdiklərini və Suriya probleminin ən qısa zamanda BMT tələblərinə uyğun şəkildə həll edilməsinin labüdlüyünü vurğulayıblar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   İran   Soçi-Sammiti   Suriya  


Bizi "telegram"da izləyin