Donbasda 3 Ukrayna əsgəri yaralanıb

2018/07/630_360_1531894894-9867_1533021205.jpg
Oxunub: 2830     15:20     31 İyul 2018    
Ukraynanın şərqində fəaliyyət göstərən separatçı qüvvələr sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozublar.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, separatçılar hücumlar zamanı ağır silahlar, pulemyot tüfənglər və kiçik çaplı silahlardan istifadə ediblər. Eyni zamanda Vodyane kəndində 82 mm-lik minaatanlardan atəş açılıb.

Bu hücumlar nəticəsində Ukrayna ordusunun 3 əsgəri yaralanıb. Separatçılardan isə bir nəfər məhv edilib, bir nəfər isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin