Rusiyalı səfirdən İsrailə cavab: "Biz İrana təzyiq edə bilmərik"

2018/07/AP18104205758828-640x400_1533020754.jpg
Oxunub: 3521     15:05     31 İyul 2018    
İsrailin Moskvaya İrana təzyiq etməklə bağlı göndərdiyi tələbə Rusiyadan cavab gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib.

O qeyd edib ki, hazırda İran və İranın dəstəklədiyi qüvvələr Suriyada müxaliflərə və terrorçulara qarşı aparılan mübarizədə əhəmiyyətli rola sahibdirlər.

“İranın Suriyadakı mövcudluğu BMT-nin tələbləri ilə ziddiyyət təşkil etmir. Bu, yerli hökumətlə İran arasında əldə edilmiş razılığın məntiqi nəticəsidir. Digər tərəfdən hazırda İran və onların dəstəklədiyi qüvvələr Suiyada ciddi işlər görürlər. İranın bu vəziyyətdə Suriyadan çıxması terrorla mübarizəni kökündən sarsıda bilər. Buna görə də Moskva bu mövzuda Tehrana təzyiqlər edə bilməz”, - deyə səfir bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   İsrail   Suriya  


Bizi "telegram"da izləyin