İŞİD nəzarətindəki sonuncu böyük şəhər də azad edilib - Xəritə

2018/07/Syria_1533019957.jpg
Oxunub: 4360     14:57     31 İyul 2018    
İŞİD Suriyanın cənub-qərbində Colan təpələri yaxınlığında yerləşən sonuncu əhəmiyyətli mövqeyini də itirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya hərbi mənbələri yayıb.

Bildirilib ki, sözügedən önəmli məntəqə Əl-Şəcərəh şəhəridir. Belə ki, bu gün səhər saatlarında həyata keçirilən hücum nəticəsində şəhər terrorçulardan azad edilib.

Hazırda İŞİD 5 kiçik yaşayış məntəqəsini nəzarətdə saxlayır ki, onların da günün irəliləyən saatlarında azad olunması gözlənilir.



Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Colan-Təpələri   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin