Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
“Birləşdirilmiş Qüvvələr Azov sahillərinin düşmən amfibik hücum qoşunlarının müdaxiləsindən mühafizəyə böyük diqqət yetirir. Ordunun qurudakı fəaliyyəti Hərbi Hava Qüvvələri tərəfindən dəstəklənir. Ukrayna Birləşdirilmiş Qüvvələrin komandanı Serhi Nayevin tapşırığına əsasən sahil mühafizəsi ilə əlaqəli olan bütün bölüklər bu təlimlərdə iştirak edir”, - deyə məlumatda qeyd olunub.
Sözügedən təlimlərdə Ukrayna donanmasının gəmiləri ilə yanaşı, HHQ-nin Mi-24, Mi-8 nəqliyyat və döyüş təyyarələri də iştirak edir.
Ağalar Ağalarlı
Ordu.az