Tramp: “NATO mənim sayəmdə yenidən güclü olacaq”

2018/07/donald-trump-ap_1533018703.jpg
Oxunub: 3732     14:36     31 İyul 2018    
Tramp özünün iqtidara gəlməsindən əvvəl 29 üzvlü 69 illik alyansın üzü aşağı uçuruma yuvarlandığını və özünün onu xilas etdiyini bildirib.

Ordu.az “New York Post”a istinadən xəbər verir ki, o, bu barədə dünən Ağ Evdə baş tutan mətbuat konfransında danışıb.

“Hər baxımdan çox yaxşı sammit idi, çox yaxşı, xüsusilə NATO üçün. Çox önəmli bir zaman idi, çünki insanlar ödənişlərini etmirdilər. NATO üzü aşağı uçuruma doğru gedirdi. Ötən il mən gəldim və hər kəsin ödəməli olduğunu bildirdim. Bir ildə 44 milyard daha çox ödədilər. NATO mənim sayəmdə daha güclü olacaq”, - deyə Tramp bildirib.

NATO Baş katibi ilə görüşlərini xatırladan Tramp Stoltenberqin özünün ən böyük azarkeşi olduğunu qeyd edib.

“Düşünürəm ki, ən böyük azarkeşim Stoltenberqdir. Çünki, onunla danışanda, mənə bildirdi ki, mən gələnə qədər ödənilməli olan vəsaitləri toplaya bilmirdilər”, -deyə Tramp bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin