Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı hadisənin baş verdiyi Lamitan şəhərinin polis rəisi mayor Roderik Furiqay bildirib.
O qeyd edib ki, terrorçular yol kənarındakı avtomobillərin birinə daha öncə yerləşdirdikləri bombanı partladıblar.
Rəsmi məlumata əsasən partlayış zamanı azı 11 mülki vətəndaş həlak olub.
Qeyd edək ki, hücumu İŞİD-lə əlaqəli bölgədəki “Əbu Səyyaf” terrror qruplaşmasının həyata keçirdiyi ehtimal olunur.
Dəyanət Ağalarlı
Ordu.az