Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilir ki, Suriya Quru Qoşunlarının tərkibindəki 4-cü zirehli tank diviziyası günlərdir ki, bölgədəki terrorçulara qarşı artilleriya zərbələri endirir.
Məlumata əsasən İŞİD-in bölgədəki qolu hesab edilən “Ceyş Xalid ibn Valid Ordusu” terror qruplaşmasının son 3 gündə hücumlar nəticəsində 100-dən çox üzvü məhv edilib.
Bildirilir ki, terrorçu qruplaşma bölgənin sadəcə 50 kvadrat kilometrlik hissəsini nəzarətdə saxlayır. Ordunun bu gün Colan təpələri yaxınlığındakı əməliyyatları yekunlaşdırması gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az