Serbiya MiQ-29-ların modernizasiyasını bitirəcək

2018/07/37987888_2620560948170057_5361703083447418880_n_1532958196.jpg
Oxunub: 1748     01:09     31 İyul 2018    
Serbiya Rusiya prezidenti Vladimir Putinin noyabr ayında ölkəyə səfərinə qədər Rusiyadan pulsuz olaraq əldə edilən MiQ-29 təyyarələrinin modernizasiyasını bitirməyi düşünür.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vucic bəyan edib.

Onun sözlərinə görə, 8-9 modernləşdirilmiş təyyarə oktyabrın sonu və ya noyabrın əvvəllərində istifadəyə veriləcək. Vucic daha öncə Serbiyanın heç vaxt 4+ nəsildən olan bu qədər MiQ-29 təyyarəsinin olmadığını vurğulayıb.

O, Rusiya prezidenti Vladimir Putinin noyabrda Serbiyaya səfərinin gözlənildiyini, bundan başqa Fransa prezidenti Emmanuel Makronun isə dekabrda ölkəyə gələcəyini bildirib.

Qeyd edək ki, Serbiya əlavə olaraq 4 ədəd Mi-35 döyüş helikopteri, 3 ədəd Mi-17 nəqliyyat helikopteri və 9 ədəd X145 helikopteri almağı planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Rusiya   MiQ-29  


Bizi "telegram"da izləyin