Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr bildirib.
Qeyd olunub ki, ordu qüvvələri bu gün səhər saatlarından etibarən Hələbin qərbində yerləşən müxaliflərə nəzarətindəki bir neçə yaşayış məntəqəsinə raket və artilleriya zərbələri endiriblər.
Məlumata əsasən, müxaliflər də öz növbəsində bu hücumlara şiddətli müqavimət göstərib.
Qeyri-rəsmi mənbələrin yaydığı məlumata əsasən qarşıdurmalarda müxaliflərin 30-dan çox, ordunun da 30-a qədər üzvü, həmçinin 1 mülki vətəndaş həlak olub.
Dəyanət Ağalarlı
Ordu.az