Britaniyanın Almaniyadakı hərbi qüvvələrinin taleyi məlum olub

2018/07/37995599_2620538991505586_6568376486015795200_n_1532957237.jpg
Oxunub: 2736     23:08     30 İyul 2018    
Britaniya Almaniyanın Paderborn bölgəsində saxlanılan hərbi qüvvələrinin gələcəyi ilə bağlı qərar verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Britaniyanın Almaniyadakı səfirinin müdafiə məsələləri üzrə attaşesi Rob Rayder bildirib.

O qeyd edib ki, rəsmi London Almaniyadakı Britaniya hərbçi qüvvələrinin azı 2023-cü ilə kimi bu ölkədə saxlanılmasını planlaşdırır.

Rayderin sözlərinə görə, NATO əməkdaşlığı çərçivəsində Almaniyada saxlanılan Böyük Britaniya ordusunun daha sonrakı dövr üçün 6 il ərzində 2 dəfə azaldılması planlaşdırılır.

Qeyd edək ki, Almaniyanın Paderborn şəhəri yaxınlığındakı 116 kvadrat kilometr əraziyə sahib hərbi bazada 1500-ə qədər britaniyalı hərbçi fəaliyyət göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Almaniya   NATO  


Bizi "telegram"da izləyin