Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.
“Rusiya Federasiyasına qarşı ABŞ və digər Qərb dövlətlərinin orduları tərəfindən planlar hazırlandığına dair informasiyamız var. Dünyada nə baş verməsindən asılı olmayaraq, dövlət təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi hər zaman tam mühafizə ediləcək”, - deyə Lavrov bəyan edib.
O, Rusiyanın təhlükəsizlik sferasında müasir problemlərlə üzləşdiyini, buna qarşılıq ölkənin öz müdafiə qabiliyyətini gücləndirmək məqsədilə qlobal hərbi mövcudluğunu davam etdirəcəyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az