Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər naziri Taro Kono bildirib.
Rusiya və Yaponiya Xarici İşlər və Müdafiə nazirlərinin 2+2 formatlı görüşündə iştirak etmək məqsədilə Moskvaya yola düşən Kono səfər öncəsi jurnalistlərin suallarını cavablandırıb.
“Yaponiya və Rusiya hələ də dörd ada üzərində suverenliyə dair müxtəlif baxış bucaqlarına sahibdir. Son qoyulmalı olan bir çox problem var. Rusiya tərəfinə hərbi təlimlərin qəbuledilməz olduğu ilə bağlı münasibətimizi dəfələrlə ifadə etmişik”, - deyə Kono bildirib.
Ağalar Ağalarlı
Ordu.az