İŞİD Suriyanın cənub-qərbindən tamamilə çıxarılmaq üzrədir

2018/07/30689030_107290263461714_8219951905665712128_n_1532940872.jpg
Oxunub: 3433     17:29     30 İyul 2018    
İŞİD terror qruplaşmasının Suriyanın cənub-qərb bölgəsində nəzarət etdiyi ərazilərin ölçüsü 70 kvadrat-kilometrdən də azdır.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, son əməliyyatlardan sonra terrorçular Yarmuk Basin regionunda böyük ərazi itirib.

Rusiya Aerokosmik Qüvvələrinin hava zərbələrini intensivləşdirməsi ilə Suriya ordusu qurudan irəliləyişini sürətləndirə bilib.

Suriya Ərəb Ordusunun Elit Qüvvələri Yarmuk Basin regionunda terrorçularla qısa müddətli döyüşlərdən sonra Abdin qəsəbəsini ələ keçirməyə nail olublar.

Nəticədə Suriya hökumət qüvvələri Dera vilayətinin 99%-nə nəzarəti bərpa edərkən, İŞİD-in əlində isə 70 kv-km-lik ərazi qalıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terror  


Bizi "telegram"da izləyin