Türkiyə 4 dövlətin Suriya ilə bağlı sammitinə ev sahibliyi etmək istəyir

2018/07/479_1532938683.jpg
Oxunub: 3894     16:16     30 İyul 2018    
Türkiyə Rusiya, Almaniya, Fransa və özünün iştirakı ilə Suriyadakı vəziyyətin müzakirəsinə dair sammit təşkil etmək istəyir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, sammit sentyabrın 7-də İstanbulda baş tutacaq və həmin dövlətlərin Suriya böhranın həllində hansı töhfələr verə biləcəyi müzakirə olunacaq.

Bundan əlavə olaraq İstanbulda Rusiya, Türkiyə və İran arasında da sammit keçiriləcək. Daha sonra eyni formatlı görüşlər Tehran, Soçi və Ankarada baş tutacaq.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderləri sonuncu dəfə aprelin 4-də Suriya məsələsi ilə bağlı bir araya gəliblər. Həmin görüşün davamı olacaq növbəti sammitin Tehranda keçirilməsi planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Suriya   Fransa  


Bizi "telegram"da izləyin