"Cənnət qapısı" Qarabağa qanunsuz səfərlər təşkil edir

2018/07/2_1532873401.jpg
Oxunub: 3656     22:04     29 İyul 2018    
Ermənilərin Qarabağda çəkdiyi "Cənnət qapısı" filmi çərçivəsində işğal altında olan bölgəyə xarici vətəndaşlığı olan şəxslər gəlir.

Ordu.az xəbər verir ki, onlardan biri də filmin çəkilişlərində iştirak edən işıqlandırıcı qrupunun rəhbəri Dmitri Lapadır.

Dmitri Lapa, bölgəyə qanunsuz səfər etməklə yanaşı "Facebook" sosial şəbəkəsində digər həmkarlarına da bölgəyə səfər etmələri barədə çağırışlar etməkdən çəkinməyib.

Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Qanunsuz-səfər  


Bizi "telegram"da izləyin