Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, iyulun 27-də saat 14:30 radələrində Vayots Dzor vilayətinin İrəvan-Meğri yolunun 166-cı km-də Saravan dolayları kimi tanınan ərazidə "Nissan Tida" markalı avtomobilin sürücüsü 41 yaşlı Artak Sarkisyanın idarəetməni itirməsi nəticəsində avtomobil yolun hərəkət hissəsindən çıxaraq beton maneəyə çırpılıb.
Məlumata görə, Sarkisyanın sərnişinləri olan, İrəvan sakini 20 yaşlı Robert Çilinqaryan və Gümrü sakini 20 yaşlı Mikayel Qasparyan bədən xəsarətləri ilə Vayk şəhər xəstəxanasına təxliyyə ediliblər.
Yaralıların hər ikisi, işğal altında olan Qarabağda dislokasiya olunan Ermənistan ordusunda hərbi xidmətlərini başa vurduqdan sonra təxris edilərək evlərinə qayıdarkən avtoqəzaya düşüblər.
Alpər Mövludoğlu
Ordu.az