Ordu.az xəbər verir ki, bu sözləri Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Hikmət Həsənov hərbi hissədə təşkil edilmiş tədbir zamanı bildirib.
O qeyd edib ki, vətənpərvər insan bayrağını sevən və hər an dövləti üçün heç bir təmənna güdmədən canını verən şəxsdir.
"Vətənpərvərlik təkcə dildən çıxan sözdən asılı deyil. Ən vətənpərvər insan ona tapşırılmış vəzifəni mükəmməl yerinə yetirən, dövlətinə sadiq olan, millətini sevən, bayrağını sevən və hər an dövləti üçün heç bir təmənna güdmədən canını qurban verən şəxsdir. Budur vətənpərvərlik", - deyə general Hikmət Həsənov vurğulayıb.
Qeyd edək ki, bu gün Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə təşkil edilən tədbirdə fondun rəhbəri Anar Cəfərov, QHT nümayəndələri və hərbi vətənpərvərlik mahnılarının müəllifi Şəmistan Əlizamanlı iştirak edib.
Hərbçilərlə görüş məqsədi daşıyan tədbirdə çıxış edənlər ordu quruculuğundan və Azərbaycan Ordusundan geniş söhbət açıblar.
Görüş Ş.Əlizamanlının ifaları ilə davam etdirilib.
Elgün Gəncimsoy
Ordu.az