Zakir Həsənov Moskva şəhərinə səfər edəcək

2018/07/spt-411089085_1522425228_1524656849_1525782406_1526649130_1528096697_1528971208_1529482255_1532591590.jpg
Oxunub: 2460     15:51     26 İyul 2018    
İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Beynəlxalq-Ordu-Oyunları-2018  


Bizi "telegram"da izləyin