Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Davit Tonoyan bildirib.
"Biz həmişə, həm də yalnız Azərbaycan tərəfindən deyil, hərbi əməliyyatların bərpasını gözləyirik", - deyə Davit Tonoyan bildirib.
Son danışığında Azərbaycana birbaşa hücum ifadələri səsləndirən erməni nazir, əvvəlki sözlərinə əlavə etmək üçün bir şey olmadığını söyləyib.
"Bəyanatımdan əlavə mən, silahlı qüvvələrimizin ruhuna və hazırlığına əsaslanıb deyirəm. Baş nazirin və müdafiə nazirinin dediyi şey nədirsə, biz onu etməliyik".
Naxçıvan istiqamətindəki vəziyyət barədə Tonoyan qeyd edib ki, Azərbaycan mühəndis işləri həyata keçirməyə davam edərək, mövqelərini möhkəmləndirir və bu fəaliyyətlərin qarşısını almaq üçün üçün tədbirlər görürük. O, Naxçıvanda gərginliyin artdığına dair yayılan son məlumatları da inkar edib.
Tonoyan, ordudaki korrupsiya ilə əlaqədar olaraq risklərin olduğunu söyləyib: "Korrupsiyaya görə risklər var, ancaq bununla mübarizə davamlı bir prosesdir. Yeni hökumət, baş nazir yeni bir fəaliyyət istiqaməti müəyyən edib, bu işlər icra edilir. Bununla bağlı gündəlik rejimdə cəzalandırılanlar olur. Müdafiə nazirliyi sadəcə bütün bunların işıqlandırılmasını istəmir, buna zərurət yoxdur".
Korrupsiyaya qarşı mübarizə çərçivəsində milyardlarla dramın dövlətə geri qaytarıldığını əsas gətirən erməni jurnalistlərin "Həmin vəsait hesabına zabitlərin maaşlarının 2019-cu il büdcəsi ilə artırılması nəzərdə tutulacaqmı?" sualına Tonoyan belə cavab verib: "2019-cu ildə maaşların artımı nəzərdə tutulmayıb, ancaq hərbi büdcə əhəmiyyətli dərəcədə artacaq".
Alpər Mövludoğlu
Ordu.az