Ordu.az xəbər verir ki, Ermənistan Respublikası müdafiə nazirliyinin inzibati kompleksində Ermənistanda və xarici hərbi təhsil müəssisələrinin 2017-2018-ci illər məzunlarının sertifikatlarının verilməsi mərasimində iştirak edən Ermənistan baş naziri Nikol Pashinyan qadın məzunlarının mövcudluğu barədə danışıb.
Paşinyan bildirib ki, qızları daha yüksək hərbi təhsil almaq seçimi barədə düşünməyə təşviq etmək istəyirəm.
"Qadınların Ermənistan silahlı qüvvələrinə cəlb olunması xidmət keyfiyyətini artıracaq. Bu seçim üçün onlara təşəkkür edirəm və başqalarını bu cür seçim etməyə təşviq etmək istəyirəm", - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az