Ermənistanda məmur övladlarının "hərbi xidmət" dövrü araşdırılır

2018/07/435345_1521006388_1529490490_1532510703.jpg
Oxunub: 3367     17:23     25 İyul 2018    
Ermənistan müdafiə nazirliyi ordudan azad edilənlərin siyahısını yoxlamaqda qərarlıdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyi ordudan azad edilənlərin siyahısını, o cümlədən yalnız məmurların övladlarının deyil, ictimai xadimlərin də ordudan azad edilməsi səbəblərini yoxlamağa başlayır. .

Yoxlamalar zamanı kimin, hansı əsasla və qanuna nə dərəcədə uyğun olaraq, Ermənistan ordusunda hərbi xidmətdən azad edildiyi müəyyənləşdiriləcək.

Məlumatlara görə, bəzi insanlar vaxtilə ordudan azad edilmək üçün əldə etdikləri kredit və borcları da hələ tam ödəyib başa çatdırmayıblar, o cümlədən onların hər birinin hərbi biletləri var.

Artıq Ermənistanda hərbi komissarlıqlardan zəng edib insanları araşdırırlar. Belə çıxır ki, bir neçə min dolları suya atıblar. Çünki artıq bu pulların geri qaytarılması barədə danışmaq səsləndirilən bir çox hekayələrdən birinə çevrilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Çağırış  


Bizi "telegram"da izləyin