Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı sabiq səfiri, Atlantika şurasının politoloqu Con Herbstn deyib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yalnız Azərbaycan əraziləri çərçivəsində görür.
“Mənim fikrimcə, etnik erməni əhalisinin ehtiyaclarını bu ərazilərin Azərbaycanın tərkibində tanımaqla təmin etmək olar", - deyə o bildirib.
ATƏT-in Minsk qrupunun sabiq həmsədri, səfir Keri Kavano isə İrəvanın Qarabağı tərəf olaraq danışıqlar prosesinə cəlb etməyə çalışmasının yeni olmadığını xatırladır: "İstənilən yeni hakimiyyətə yekun yanaşmasını dəqiqləşdirmək üçün vaxt lazımdır. Bu məsələni qaldırmasına təəccüblənmirəm. Bunun nə ilə nəticələnəcəyinə əmin deyiləm, ancaq əsaslı dəyişikliklər gözləmirəm".
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç isə ilk növbədə problemin hərbi yolla həllini istisna etməyin lazım olduğunu vurğulayıb.
"Bu istiqamətdə atılan bütün addımlar müsbətdir. Hesab edirəm ki, ilk növbədə münaqişə zonasında silahların, Azərbaycan və Ermənistan tərəfindən səsləndirilən hərbi ritorikanın artması bizi narahat etməlidir. İstənilən yolla nəzərdə tutulmayan nəticələrə səbəb ola biləcək, toqquşmanın qarşısı alınmalıdır", - deyə o bildirib.
Kazlariçin fikrincə, belə bir şəraitdə Vaşinqtonla Moskva arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətlərin olmaması və sülhün qorunub saxlanmasında həmrəy olmaları müsbət haldır.
Alpər Mövludoğlu
Ordu.az