Monitorinq insidentsiz başa çatıb - FOTOLAR

2018/07/9_13792546314.jpg
Oxunub: 3433     16:40     25 İyul 2018    
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində növbəti monitorinq keçirilib.

Ordu.az-ın qərb bürosunun verdiyi məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirib.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirib.












Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monitorinq   ATƏT   Tovuz  


Bizi "telegram"da izləyin