Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Vətəndaşların məlumatlandırılması” ictimai təşkilatın layihələrinin tənzimləyicisi Daniel İoanissyan bildirib.
Onun sözlərinə görə, 102-ci hərbi baza ilə bağlı müqavilədə bir çox maddələr var ki, bunlara yenidən baxılmalı və dəyişdirilməlidir.
"Sərhədçilər, hərbi baza, silah tətbiqi haqqında müqavilələr çoxdur. Bu müqavilələr Ermənistanda rus hərbçilərinin fəaliyyətini tənzimləyir. Müdafiə nazirinin hansı müqavilə barədə danışdığı hələ dəqiq deyil", - deyə o qeyd edib.
İoanissyan, bəzi fəaliyyətlərin həmin müqavilələrə əsasən qanunsuz olduğu halda, ediləcək dəyişiklikdən sonra qanuniləşdiriləcəyini istisna etmədiyini qeyd edib. O, Panikdə baş verənləri xatırladaraq əlavə edib ki, hərbi bazanın hərbi qulluqçuları tərəfindən bazadan kənar qanunsuz silah gəzdirilməsi, tətbiq etməsi ilk hal deyil və bazadan kənar silah gəzdirilməsi, tətbiqi barədə yerli orqanlar məlumatlandırılmalıdır.
Erməni politoloq Edqar Vardanyan isə hesab edir ki, yeni hakimiyyətin müqavilələrə yenidən baxılması barədə danışmasını müsbət hal kimi qiymətləndirir. Onun sözlərinə görə müdafiə nazirinin Panik hadisəsindən bu barədə danışması, hakimiyyət tərəfindən bu müqavilələrdə problemlərin olduğunu və həll edilməsi zərurətini gördüyündən xəbər verir.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Davit Tonoyan bu günlərdə jurnalistlərlə görüşündə Ermənistandakı rus hərbi bazasının yerləşdirilməsinə dair müqavilədə bəzi müddəaların yenidən baxılmasına zərurət olduğunu istisna etmədiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az