Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya və Əfqanıstan məsələləri üzrə tədqiqatlar mərkəzinin böyük elmi işçisi Leonid Qusev deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların indiki mərhələsinə toxunan Qusev qeyd edib ki, münaqişənin kifayət qədər uzun tarixi var və bu hadislərin başlanmasından artıq 30 illik bir müddət keçib.
"Bu müddət ərzində müharibə və digər hadislər baş verib. Hər iki tərəf itkilər verib. Bunu unutmaq, qısa zamanda münaqişəni həll etmək mümkün deyil. Məsələ çox mürəkkəbdir və məsələyə çox incə yanaşmaq lazımdır. Hazırda yaralar təzədir və bu on illiklər hesabına başa gələ bilər", - deyə o bildirib.
Müharibənin yenidən başlanılması ehtimalını dəyərləndirən ekspert Qusev bildirib ki, heç kim, o cümlədən Moskva ən pis yuxusunda belə müharibənin yenidən başlamasını görmək istəmir.
"Hər hansısa həll yolunu tapmaq üçün uzun müddətli danışıqlar prosesinə ehtiyac var. Qafqazda vəziyyətin gərginləşməsi Moskvanın xeyrinə olmaycaq. Qafqazda çox ciddi geosiyasi maraqlar toqquşur", - deyə rusiyalı ekspert əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az