NATO təlimlərində iştirak edən təyyarələrin sayı 10 dəfə artıb

2018/07/4bpp0835e5d6f815o1f_800C450_1532501537.jpg
Oxunub: 2145     14:52     25 İyul 2018    
“Son 5 ildə NATO-nun Avropadakı təlimlərində iştirak edən döyüş təyyarələrinin sayı 10 dəfə artıb”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu danışıb.

Onun sözlərinə görə, NATO Şərqi Avropadakı kontingentlərinin sayını artırmağa davam edir. Təkcə 2014-cü ildən etibarən bölgədə 2 min olan əsgər sayı 15 minə çatdırılıb.

“2014-cü ilin başlanğıcından etibarən 100-dən çox təlimdə 80 minə qədər hərbçi iştirak edib. Son beş ildə iştirakçı hərbçilərin və təyyarələrin sayı 10 dəfə artıb. Əgər 2014-cü ildə NATO-nun təlimlərində 11 təyyarə iştirak edirdisə, indi bu, 101 olub”, - deyə Şoyqu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Təlim  


Bizi "telegram"da izləyin