Mettis: “İran üçün qərar zamanıdır”

2018/07/Снимок_1532499961.png
Oxunub: 3392     14:24     25 İyul 2018    
ABŞ Müdafiə Naziri Ceyms Mettis İran və ABŞ arasında davam etməkdə olan gərginliklərlə bağlı fikirlər səsləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mettis İranı Suriyada baş verənlərin başlıca səbəbkarı adlandırıb.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı tutduğu kəskin mövqeni davam etdirməlidir.

“İran prezidenti və bir sıra iranlı diplomatlar ABŞ-a qarşı kəskin çıxışları ilə seçilirlər. Lakin elə bu rəhbərlik Suriyada böhranın qurucusu Əsədi dəstəkləyən, onu hər cür imkanlarla təmin edən və maliyyələşdirən başlıca aktordur. ABŞ prezidentinin İrana qarşı tutuğu kəskin mövqe tamamilə düzdür. Unutmamaq lazımdır ki, məhz Şimali Koreyaya qarşı da bu cür mövqe effektiv olmuşdur. İran da KXDR kimi yekun qərarını verməlidir. Müharibə istəyir, yoxsa sülh”, - deyə Mettis qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Ceyms-Mettis  


Bizi "telegram"da izləyin