ABŞ Hind-Sakit okean regionunda hərbi mövcudluğunu artırır

2018/07/1064751692_1532499532.jpg
Oxunub: 3080     14:17     25 İyul 2018    
ABŞ may ayında rəsmi olaraq Sakit Okean Komandanlığını Hind-Sakit Okean Komandanlığı olaraq adlandırdı, lakin bir çoxları ABŞ-ın Hind-Sakit okean strategiyasında çox az proqress əldə etdiyini düşünürlər.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, istənilən halda yeni strukturla ABŞ-ın bölgədəki hərbi mövcudluğu da yenidən formalaşıb.

Bu tipli mövcudluğa maddi, ləvazimat, hərbi təlimlər, hərbi mübadilə və hərbi bazaların inşası daxildir.

Hind-Sakit Okean Komandanlığının qurulması ilə ABŞ Hind okeanının artıq Sakit okean strategiyasının kənarında qalmadığını göstərdi. Xüsusilə Hind okeanın strateji mövqeyi daha dərindən qiymətləndirib.

Bu addım həm də ABŞ strategiyasının dənizdən quruya fokuslandığını ortaya qoyub. Qərbi Sakit okeandakı Quam, Avstraliyanın şimalındakı Darvin limanı və Hind okeanının mərkəzindəki Dieqo Qarsiya Hind-Sakit okean strategiyasına əsas dəstəyi təmin edəcək. Bu üç nöqtə ABŞ-ın həmin strategiyasındakı həlledici 3 məkan olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hind-Sakit-Okean  


Bizi "telegram"da izləyin