Cibuti hərbi mərkəzdən böyük ticarət mərkəzinə çevrilmək istəyir

2018/07/716662_img650x420_img650x420_crop_1532498754.jpg
Oxunub: 3719     14:05     25 İyul 2018    
Afrikanın ən kiçik ölkələrindən biri olmasına baxmayaraq, Cibuti qitənin hərbi mərkəzindən yükdaşıma, ticarət və biznes mərkəzinə çevrilmək istəyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu istiqamətdə əsasən çinli investorlarla birlikdə işləyir.

Ölkədə işsizlik göstəricisi təxminən 40%-ə yaxın olsa da, ölkə rəhbərliyi xarici investorların dəstəyi və yeni açılacaq azad ticarət zonası ilə bunu aradan qaldırmağı düşünür.

Qeyd edək ki, Cibutidə hazırda ABŞ, Fransa, Yaponiya, Çin kimi ölkələrin hərbi bazaları mövcuddur. Bunun da ölkədəki rəqabət mühitinə mənfi təsir etdiyi və ölkənin öz qərarlarında suverenliyinə kölgə saldığı iddia olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cibuti   Hərbi-Mərkəz   Çin  


Bizi "telegram"da izləyin