Monitorinq keçirən ATƏT nümayəndələri Tovuz RİH başçısı ilə görüşüblər - FOTOLAR
Oxunub: 4125
13:50
25 İyul 2018
Bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi üçün ATƏT nümayəndələri Tovuz şəhərinə gəliblər.
Ordu.az-ın qərb bürosunun verdiyi məlumata görə, onlar əvvəlcə Tovuz Rayon İcra Hakimiyyətində görüş keçiriblər.
Tovuz rayonunun Ağdam kəndi istiqamətində keçiriləcək monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.