Milli təhlükəsizlik və fövqəladə halların idarə edilməsi bazarı – 2014-2018 (HESABAT)

2018/07/37740343_2612416228984529_6707443051704352768_n_1532455105.jpg
Oxunub: 2166     01:54     25 İyul 2018    
Milli təhlükəsizlik və fövqəladə halların idarə edilməsi sənayesinin son illərdəki inkişaf tempi özünün ən pik səviyyəsindədir.

Ordu.az “İndustry Today”ə istinadən xəbər verir ki, bazar ortalama olaraq 5, 95 faiz inkişaf tempinə sahibdir.

Belə ki, bunun nəticəsində sözügedən sənayenin bütün dünya üzrə illik həcmi 2014-2017-ci illər ərzində 442 milyard dollardan 526 milyard dollara yüksəlib.

Jurnalın yayımladığı hesabata əsasən, hazırda bu sahədə ilk 5 pillədə qərarlaşan oyunçular “Lockheed Martin”, “Raytheon”, “Northrop Grumman”, “Thales” və İBM-dir.

Qeyd olunub ki, hazırda Milli təhlükəsizlik və fövqəladə halların idarə edilməsi sənayesi üzrə əsas tələbatçı ölkələr ABŞ və Kanadadır. Belə ki, iki ölkənin bu sahəyə birgə xərclədiyi məbləğ 200 milyard dollardan çoxdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Təhlükəsizlik   Fövqəladə-Halların-İdarəedilməsi   Hesabat  


Bizi "telegram"da izləyin