Çin Tayvana qarşı geniş miqyaslı əməliyyat keçirə bilməz

2018/07/37783641_2612414572318028_7212316375744774144_n_1532453544.jpg
Oxunub: 1677     01:40     25 İyul 2018    
Tayvan hökuməti iddia edir ki, ABŞ Taypeyə göstərdiyi dəstəyi dayandırsa, Çin Xalq Azadlıq Ordusu adanı ələ keçirəcək.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu iddialara baxmayaraq, Pekinin amfibik hücum imkanlarının olub-olmaması sual altındadır.

“Əgər Çin Tayvanın zəifliyini hiss etsə, ABŞ-dan dəstək əldə etmədiyini görsə, o zaman Tayvanı ələ keçirə biləcəyi ssenariyə start verməyi düşünəcəklər”, - deyə Tayvan Xarici İşlər naziri Cozef Vu bildirib.

Taypey bu narahatlıq tonlarını yüksəltməsinə baxmayaraq bu vaxta qədər Pekini adanı güc yolu ilə tabe etməkdən çəkindirən əsas nöqtə coğrafiya olub. Belə ki, Pekin Tayvan boğazı boyunca 100 dəniz mili genişliyində boşluqda güc təmin etməkdə çətinlik çəkib. Hələ-hələ burada Amerikanın müdaxiləsi ehtimalı varsa, onlar ümumiyyətlə bundan çəkiniblər.

Lakin Çin Xalq Azadlıq Ordusunun geridə qalan onilliklərdə öz hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdiyini də nəzərdə qaçırmaq olmaz. Lakin Pentaqon da hələlik Çinin Tayvana qarşı tam miqyaslı əməliyyat keçirə biləcəyinə inanmır.

Pentaqonun Çinə dair qeydlərində bildirilir ki, geniş miqyaslı amfibik hücum olduqca mürəkkəb və çətin hərbi əməliyyatlardan biridir və belə bir əməliyyatda uğur qazanmaq üçün dənizdə supergüc olmalısınız. Digər tərəfdən Çinin Tayvana hücumu XAO-nu çətinliyə salmaqla yanaşı beynəlxalq müdaxiləyə də yol aça bilər ki, bundan sonra vəziyyət daha qarışıq hal alacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Tayvan  


Bizi "telegram"da izləyin