Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı Ermənistanın Qarabağdakı qanunsuz birləşmə "rəhbər"i general-leytenant Levon Mnatsakanyan bildirib.
Onun sözlərinə görə, sözügedən avtomobillər Qriqoryana Astarxan icması tərəfindən verilib və Ermənistan müdafiə nazirliyinin hesabında qeydiyyatdadır.
"Manvel Qriqoryanın evində aşkar edilən avtomobillərin Ermənistanın Qarabağdakı ordusuna aid olması barədə haradan əmin ola bilərsiniz? Belə bir şey yoxdur. Sosial şəbəkələrdə Astraxan icmasının xeyriyyəçilərinin, bu avtomobillərdən faydalanamaq məqsədilə "Yerkrapah" təşkilatına verilməsi barədə material var. Ermənistanın Qarabağdakı ordusuna verilən avtomobillər, ordunun hesabında qeydiyyatdadır", -deyə Mnatsakanyan əminliklə vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az