Ermənistanın sabiq müdafiə naziri Mikayel Harutyunyanın ƏMLAKI

2018/07/768_1532435290.jpg
Oxunub: 4120     20:58     24 İyul 2018    
Son günlərdə Ermənistanın sabiq müdafiə naziri, sabiq prezident Serj Sarkisyanın müşaviri sabiq baş hərbi müfəttiş, Mikayel Harutyunyan qızğın müzakirə mövzusuna çevrilib.

Ordu.az xəbər verir ki, erməni mətbuatı Mikayel Harutyunyan və onun həyat yoldaşı Svetlana Harutyunyanın təqdim etdiyi bəyannamələrə əsasən araşdırma aparıb.

2014-ci il martın 18-də Mikayel Harutyunyan yüksək vəzifəli şəxslərin etika komitəsinə təqdim etdiyi, əmlak və gəlirin illik bəyannaməsində öz vəsaitlərinin 20 milyon dram və 10 min dollar təşkil etdiyini, ilin sonunda 28 milyon dram və 10 min dollara bərabər olduğunu qeyd edib.

Əri ilə birlikdə Mikael Harutyunyanın həyat yoldaşı Svetlana Harutyunyan da illik gəlirini təqdim edib. Bəyannaməyə əsasən, Svetlana Harutyunyan ilin əvvəlində 3 milyon dram, 30 min dollar, ilin sonunadək isə 6 milyon dram və 30 min dollara malik olub. Svetlana Harutyunyanın 2014-cü ildəki illik gəlirləri icarədən əldə edilməklə 13 milyon 315 min 921 dram təşkil edib.

4 fevral 2015-ci ildə Mikayel Harutyunyan yenidən illik hesabatını etika Komissiyasına təqdim edib. Məlumata görə, Mikayel Harutyunyanın gəlirləri vergi ilinin əvvəlində 30 milyon dram, 10 min ABŞ dolları olub, bu da ilin sonunadək 25 milyon dram və 10 min dollar təşkil edib. Əvvəlki ildə əmək haqqından əldə edilməklə Harutyunyanın gəlirləri 14 milyon 996 min 314 dram təşkil edib.

4 fevral 2015-ci ildə Svetlana Harutyunyan ərinə paralel olaraq illik hesabatını təqdim edib. Bu məlumata görə, Svetlana Harutyunyanın vergi ilinin əvvəlində pulları 7 milyon dram və 30 min dollar təşkil etsə də, ilin sonuna qədər 8 milyon dram və 25 min dollar təşkil edib. Onun mənfəəti icarəyə verilmiş ödənişdən irəli gələn 9 milyon dram olub.

Mikayel Harutyunyanın 5 fevral 2016-cı il tarixli illik hesabatına əsasən, ilin əvvəlində o, 25 milyon dram və 10 min dollar vəsaitə sahib olsa da, ilin sonunda onun maddi vəsaiti sıfıra bərabər olub. Mikayel Harutyunyanın illik gəliri 14 milyon 815 min 488 dram təşkil edib.

Həmin gün keçmiş müdafiə nazirinin arvadı Svetlana Harutyunyan da özünün illik hesabatını təqdim edib. Bu mıəlumata görə, ilin əvvəlində 8 milyon dram və 25 min dollar olduğu halda, ilin sonunda onun gəlirləri də sifira bərabər olub.

Svetlana Harutyunyanın illik gəliri 3 milyon 280 min dram təşkil edib ki, bunun da icarə haqqından əldə edildiyi göstərilir.

24 yanvar 2017-ci il tarixli bəyannamə təqdim edən Mikayel Harutyunyan pula sahib olmayıb. Harutyunyanın illik gəliri 13 milyon 728 min 272 dram təşkil edib. Svetlana Harutyunyan icarə ödənilməsi payına 4 milyon 320 min gəlirləri olub.

2018-ci martın 12-nə olan məlumata görə, Mikayel Harutyunyan bəyannaməsində keçən il yalnız gəlirləri 14 milyon 620 min 182 dram təşkil edib. Svetlana Harutyunyan 2018-ci il martın 12-də təqdim etdiyi bəyannaməyə görə, icarə haqqından əldə edilən gəlirləri 4 milyon 320 min dram olub. Bəyanata əsasən, Harutyunyanlar ailəsi 4 il daşınan və daşınmaz əmlak əldə etməyib.

Xatırladaq ki, təxminən 3 həftə əvvəl 1 mart hadisəsinin araşdırılmasında yeni hadisələr baş verib. Daha əvvəl bildirdiyimiz kimi, İrəvan şəhərində baş vermiş hadisələrlə bağlı cinayət işinin ilkin araşdırılması zamanı kifayət qədər sübutlar əsasında, 3 iyul 2018-ci il tarixdə Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikayel Harutyunyan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi əsasən ittiham olunaraq istintaqa cəlb edilməsinə dair qərara qəbul olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   MN   Əmlak  


Bizi "telegram"da izləyin