Ordu.az xəbər verir ki, Ermənistanın Şirak vilayətinin Anuşavan kənd sakini Norayr Harutyunyan “Haykakan Jamanak” qəzetinə açıqlamasında, qardaşı oğlunun səhhətindəki problemlərinə baxmayaraq, onun orduya aparıldığını bildirib.
Onun sözlərinə görə, qardaşı oğlu 10 iyul 2018-ci ildə hərbi xidmətə çağrılaraq, Əsgərana aparılıb. O, qardaşı oğlu “A.H”nın səhhətindəki problemlərinə görə 2 il möhlət hüququndan sonra, müalicə olunmadan hərbi xidmətə aparıldığını bildirir.
Bu qısa vaxt ərzində artıq hospitalda müalicəyə cəlb edildiyi, valideynlərinin isə hərbi hissəyə dəvət olunduğunu qeyd edib. Onun hər gün huşunu itirmə halının olduğu və vəziyyətinin yaxşı olmadığı bildirilir. Hərbi xidmətə başladığı ilk günlərdən idman tədbirləri nəticəsində halı pisləşib və valideynlərinə zəng edilib. Onun psixoloji problemlərinin də olduğu bildirilir.
Hazırda valideynləri onun müayinə edilməsini tələb edirlər. Onlar hesab edir ki, övladları bilərəkdən hərbi xidmətə aparılıb. O, məhdudiyyətlə hərbi xidmətə yararlı hesab olunsa da, ona bu məhdudiyyətlərin şamil edilmədiyi qeyd olunur.
Ermənistan müdafiə nazirliyindən bildiriblər ki, əsgərin valideynləri qaynar xəttə müraciət etməlidirlər.
Alpər Mövludoğlu
Ordu.az