Ermənistan MN-də araşdırmalar təxirə salınıb

2018/07/345345_1527238876_1527323111_1528182664_1528716258_1529493897_1529912116_1531914038_1532423364.jpg
Oxunub: 2729     17:08     24 İyul 2018    
"Müdafiə nazirliyindəki araşdırmalar cinayət işləri başlandığı üçün təxirə salınır. Onlar bir aydan sonra başlayacaqlar".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan dövlət nəzarəti xidmətinin rəisi Davit Sanasaryan "Facebook" səhifəsində vətəndaşların suallarını cavablandırarkən birbaşa canlı yayım zamanı bildirib.

O qeyd edib ki, bu araşdırmaların təxirə düşməsinə yeganə səbəb, müxtəlif orqanlar tərəfindən cinayət işlərinin başlanılmasıdır.

"Hər hansı faktla əlaqədar cinayət işi varsa, digər qurum həmin hadisəyə müdaxilə edə bilməz. Hazırda biz gözləyirik, ancaq uzun müddət gözləmək fikrində deyilik. Yəqin bir aydan sonra başlayacağıq. Bu məsələyə mütləq qayıdacağıq, bu barədə baş nazirlə çox danışmışıq”, - deyə Sanasaryan vurğulayıb.

O, həmçinin əlavə edib ki, bu gündən xidməti tərəfindən Ermənistan polisində də araşdırmalara başlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Araşdırma  


Bizi "telegram"da izləyin