“ABŞ və NATO Əfqanıstanda fəaliyyətləri davam etdirəcək” – Generallar

2018/07/645_1532420665.jpg
Oxunub: 2154     16:13     24 İyul 2018    
ABŞ və NATO-nun yüksək rütbəli generalları Əfqanıstanda bundan sonrakı fəaliyyətləri ilə bağlı planlarını açıqlayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstandakı NATO birliklərinin generalı Con Nikolson və ABŞ Quru Qoşunlarının generalı Yozef Votel bildiriblər.

Tərəflər qeyd ediblər ki, həm NATO tərkibindəki hərbi qüvvələr, həm də ABŞ-ın Əfqanıstanda alyansdan kənar şəkildə fəaliyyət göstərən qüvvələri qarşıdakı bir neçə il ərzində də Əfqanıstanda terrorla və “Taliban” qiyamçıları ilə mübarizələrini davam etdirəcəklər.

Məlumata əsasən NATO və ABŞ qüvvələri Əfqanıstan-Pakistan sərhədi yaxınlığında, həmçinin ölkənin daha 6 müxtəlif bölgəsində fəaliyyət göstərəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-NATO   General  


Bizi "telegram"da izləyin