Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Humanitar Universitetinin bölgə və xarici siyasət kafedrasının dosenti, beynəlxalq məsələlər üzrə Rusiya şurasının və “Qorçakov” fondunun eksperti Sergey Markedonov bildirib.
Markedonovun sözlərinə görə, hazırda Ermənistanda olduqca mürəkkəb vəziyyət yaranıb.
"Ermənistanda növbədənkənar parlament və İrəvan şəhər rəhbərliyinin seçkiləri gözlənilir. Hələ ki kadr problemi tam həll edilməyib. Azərbaycanla münaqişənin həlli daha ciddi xarakter alıb. Belə bir vəziyyətdə Avropa İttifaqının Ermənistana hər hansı sərmayə yatırması gözlənilən deyil. Ermənistanın münaqişənin həlli istiqamətində Rusiya ilə yaxınlaşmaqdan başqa çıxış yolu yoxdur", - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az