Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir

2018/07/622f7e3c90da837fe8bfb76215ecfe2e_1532415858.jpg
Oxunub: 4386     14:59     24 İyul 2018    
Baakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyulun 27-dək davam edəcək işçi görüşdə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   NATO   Əməkdaşlıq  


Bizi "telegram"da izləyin