Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, bu gün səhər yerli vaxtla 10:05-də Suriya ordusu İsrailin şimalındakı Səfed bölgəsinə və Təbəriyyə gölü ətrafına hücumlar həyata keçirib.
Hücum zamanı Suriya ordusu İsrailə 2 raket zərbəsi endirib. İsrail hərbi mənbələrinin bildirdiyi məlumata əsasən dərhal hücumların qarşısı alınıb.
Belə ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus raketdən müdafiə sistemləri vasitəsilə 2 ədəd “David Sling” raketi istifadə edilərək hücumlar elə Suriya ərazisində qarşılanıb.
Qeyd edək ki, bununla da sözügedən raketlər İsrail tərəfindən ilk dəfə istifadə olunub.
Dəyanət Ağalarlı
Ordu.az