“National Interest”: Çin Rusiyanın aviadaşıyıcı proqramının əsas hissəsini xilas edə bilərmi?

2018/07/76_1532342719.jpg
Oxunub: 1708     18:43     23 İyul 2018    
Rusiyanın hələlik yeganə aviadaşıyıcısı “Admiral Kuznetsov”un təmir məqsədilə istifadədən çıxarılması ilə Moskvanın dənizçiləri göyərtəsində təlim keçməyə imkan verən gəmidən məhrum qalıblar.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Rusiya donanması alternativ gəmi tapmayacağı halda “Kuznetsov”un istifadəyə qayıdacağı tarix kimi müəyyən edilmiş 2021-2022-ci illərə qədər təlimsiz qala bilər.

Buna görə də, Rusiya həmin müddət ərzində donanma aviatorlarına dənizdə təlim keçmək üçün alternativləri nəzərdən keçirir. Ekspertlər isə Rusiyanın bu məsələ ilə bağlı Pekinlə əməkdaşlığa getməli olduğunu düşünürlər.

Belə ki, onlara görə, bu əməkdaşlıq çərçivəsində Rusiya pilotları Xalq Azadlıq Ordusu donanmasının “Liaoning” aviadaşıyıcısı üzərində təlim keçə bilərlər.

Bu təklifi irəli sürənlər Fransa donanmasının “Rafale” qırıcılarının ABŞ-ın “USS George H.U. Bush” aviadaşıyıcısının göyərtəsində təlim keçdiyini xatırladırlar. O zaman Fransanın yeganə aviadaşıyıcısı olan “Charles De Gaulle” təmirdə idi.

Bu əməkdaşlıq çərçivəsində Rusiya hərbçilərinin yeni MiQ-29KR təyyarələrinin imkanlarını çinli həmkarlarına nümayiş etdirə biləcəyi də qeyd olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin